31 oktyabr 2011 11:28

Deyan Rusiç: Sonda onlara çempionluq bəxş etməliyik

“Xəzər Lənkəran”ın hücumçusu Deyan Rusiç Premyer Liqanın 11-ci turunun “Kəpəz”lə ev oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablayıb.

- “Kəpəz”ə qarşı oyununuzu necə dəyərləndirərdiz?
- Komanda bu oyundan 3 xalla ayrılmalıydı. Stadionun vəziyyəti ürəkaçan olmasa da,hücumlarımızı çox çətinliklə qursaq da, istəyimizə nail ola bildik. Yaxşı futbol sərgilədik. Bu oyuna çox yaxşı köklənmişdik. Bütün uşaqlar qələbəyə oynayırdılar. Şadam ki, belə layiqli qələbə qazandıq. Belə havada stadiona gələn azarkeşləri sevindirmək çox xoş idi.
 
- “Kəpəz” barədə nə deyərdiz?
- Baş məşqçi Mirça Rednik bizi Gəncə klubu barədə ətraflı məlumatlandırmışdı. “Kəpəz” ilk dəqiqələrdən göstərməyə başladı ki, Lənkərana nəticə qazanmaq üçün gəlib. Onlar yaxşı futbol sərgilədilər. Sadəcə, biz daha güclü idik. Qələbəni çətinliklə əldə etməyimiz rəqibin gücündən xəbər verir. Fikrimcə, onlar hələ çox komandadan xal alacaqlar.
 
- “Xəzər Lənkəran” hazırda turnir cədvəlinin vahid lideridi. Zirvədəki yerinizi qorumaq çətin deyil ki?
- Hər çempionatda belədi ki, liderə qarşı digər komandalar ikiqat güclə oynayırlar. Biz mübarizəyə həmişə hazırıq. Rəqiblərimiz də təbii ki, qələbəyə oynayırlar. Mehriban kollektivimiz var. Liderliyi əldən vermək istəmirik. Biz buna öz oyunumuzla da layiqik. İndi əsas işimiz də məhz mövqeyimizi qorumaqdı. Axı sonda məhz birinci pillədə qalan komanda sevinəcək.
 
- “Neftçi”ylə “Qarabağ” “Xəzər Lənkəran”ı izləməkdə davam edirlər...
- Azərbaycan çempionatında güclü komandalara çoxdu. “Neftçi”ylə oyunlarımız həmişə maraqlı alınır. Amma "İnter" və “Qəbələ”ni də unutmaq olmaz. Xüsusilə də “Qarabağ”ı. Mən bu komanda barədə çox xoş söz eşitmişəm. Onların artıq neçə mövsümdü dəyişməyən heyəti var. “Neftçi”yə uduzsa da, “Qarabağ” çempionatın ən yaxşı komandasıdı. Ağdamlılara qarşı oynamaq “Xəzər Lənkəran”a da çətindi. Amma çempion olmaq üçün bütün rəqiblərimizi məğlub etməyi bacarmalıyıq.
 
- Demək olar ki, “Xəzər Lənkəran” çempionluğa hamıdan daha çox yaxındı?
- Biz hələ heç nə etməmişik. Ən çətin oyunlarımız hələ qarşıdadı. Bu gün “Xəzər Lənkəran” birinci yerdə olsa da, bu, bizə medal vermir. Biz bu yerdə mövsümün sonuna kimi qalmalıyıq. Əminəm ki, rəqiblərimizin də hamısı bizim yerdə olmağı çox arzulayır. Amma biz liderliyi əldən vermək istəmirik. Bizə burda daha xoşdu.

- “Kəpəz”lə oyunda vurduğunuz qolu kimə həsr etdiniz?
- Mən “Xəzər Lənkəran”dakı ilk qolumu “Bakı”ya vurmuşdum. Onu ailəmə və yaxınlarıma həsr etmişdim. Bu dəfəki qolumu isə azarkeşlərimizə və kluba həsr edirəm. Azarkeşlərimiz üçün oynayırıq. Hansı ki, bizi hər oyunda dəstəkləyirlər. Mövsümün sonunda biz onlara çempionluq bəxş etməyə borcluyuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.