31 oktyabr 2011 17:53
Millimiz Litva ilə dueldən məğlub ayrıldı (YENİLƏNİB)
Oktyabrın 29-dan etibarən Litvanın Kaunas şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız bu gün Litvanın U-16 komandası ilə yoldaşlıq oyunu keçirib.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb. Belə ki, meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.
