31 oktyabr 2011 12:06
Azərbaycan futbol ailəsinın 22001-ci üzvü (FOTO)
Xəbər verdiyimiz kimi, AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 22 min nəfəri keçib.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 22001-ci üzvü 1999-cu il təvəllüdlü, Bakı şəhərindəki 149 saylı orta məktəbin şagirdi Rzayev Taleh Əsəd oğludu.
