31 oktyabr 2011 12:22
Elxan Abdullayev bu gün istefa verəcək
AZAL-ın baş məşqçisi Elxan Abdullayev istefaya hazırlaşır. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 11-ci turunda “Sumqayıt Şəhər”ə də uduzandan sonra “təyyarəçilər”in çalışdırıcısı postunda qalmaq istəmir.
Bu barədə sözügedən mütəxəssis saytımıza müsahibəsində bildirib: “Klub rəhbərliyi ilə danışmaq istəyirəm. Bu gün klubun iclası olacaq. Öz qərarımı orda açıqlayacağam”.
Qeyd edək ki, 11 turdan sonra AZAL 10 xalla sonuncudan əvvəlki pillədə qərarlaşıb. Abdullayevin istefası qəbul olunsa, o zaman bu, son ayda paytaxt klubunda ikinci məşqçi istefası olacaq. Xatırladaq ki, Abdullayev bir müddət öncə postundan gedən Nazim Süleymanovu əvəzləmişdi.
