31 oktyabr 2011 12:43
Ağasəlim Mircavadovun 6 proqnozundan 3-ü düz çıxdı
Azərbaycan futbolunun veteranlarından olan Ağasəlim Mircavadov Premyer Liqamızın 10-cu turunun oyunları ilə bağlı verdiyi proqnozlardan üçündə yanılıb. Azerisport.az xəbər verir ki, o, 3 görüşün nəticəsini öncədən düzgün proqnozlaşdırsa da, qalanlarının nəticəsini müəyyənləşdirə bilməyib.
Belə ki, Mircavadov “Qarabağ”ın “Bakı”nı, “Xəzər Lənkəran”ın “Kəpəz”i, “Neftçi”nin “Turan”ı yenəcəyini öncədən dəqiq müəyyənləşdirib. Lakin onun “Qəbələ”nin “Simurq”u, AZAL-ın “Sumqayıt Şəhər”i yenəcəyinə, eləcə də “Rəvan” – “İnter” matçında heç-heçə olacağına dair proqnozları düz çıxmayıb.
