1 noyabr 2011 13:26

Pavel Doroşev: Bu haqda düşünmək də istəmirəm

“Qəbələ”nin qapıçısı Pavel Doroşev azerisport.az saytına müsahibəsində komandasının son oyunundan, uğursuz çıxışından danışıb.
 
- “Simurq”a evdə məğlub olmağınız gözlənilməz oldu...
- Futbolda qələbəni həmişə daha çox çalışan qazanır “Simurq” bu qələbəni bizdən daha çox istəyirdi. Həmin oyunda rəqibimiz əla futbol sərgilədi və qələbəyə layiq idi. Biz isə üzərimizdə daha çox çalışmalıyıq. Günahkar axtarmamalıyıq.

- Ona görə ki, artıq tapılıb, ya ümumiyyətlə yoxdu?
- Günahkar bütöv komandadı. Bizdə çoxlu legionerlər var. Amma uyğunlaşma ilə bağlı hələ də çatışmazlıqlar qalır. Fərdi planda güclü oyunçularımız var. Məsələn, iki oyun yaxşı çıxış edirik, ardından çox zəif bir oyunumuz olur. AZAL-la növbəti turun oyunundan sonra nəticə çıxarmalıyıq. Amma düşünürəm ki, hələ heç nə itirilməyib.
 
- Deməli, “Qəbələ”də komanda oyunu yoxdu?
- Bunun üçün vaxt lazımdı. Yaxşı futbolçuları toplamaq asandı. Amma onlardan güclü komanda yaratmaq o qədər də asan deyil. Bizə sabitlik çatışmır.

- Bu, komandanızın artıq ikinci altılıq komandalarına ikinci məğlubiyyətidi...
- Bu mövsüm çox bərabər çempionat keçir. Mən artıq komandaları zəiflərə, güclülərə ayıra bilmirəm. “Simurq”da yüksək səviyyəli oyunçular var. “Rəvan”da da həmçinin. Sadəcə, bəxt bəzilərində gətirir, kimlərdəsə əksinə.
 
- Deməli, “Qəbələ”nin də hazırda bəxti gətirmir?
- Mən buna görə çox həyəcan keçirirəm. Çalışıram analiz edim və bütün bunların niyə baş verdiyini anlayım.
 
- Mövsümün əvvəlində medallar uğrunda mübarizə aparmağı hədəfləmişdiniz. Bəziləri hətta çempionluqdan danışırdı. Vəzifə dəyişməyib?
- Hədəflərimiz olduğu kimi qalır. Qarşıda bizi çox çətin dövrə gözləyir. İkinci dövrənin sonunda nəyisə təsdiqləmək olar.

- Belə gedişlə hətta ilk altılıqdan da kənar qala bilərsiz...
- Bu haqda düşünmək də istəmirəm. Bunu müzakirə etməyə də ehtiyac duymuram. Biz ilk altılığa düşməliyik və düşəcəyik də.

- Deməli, ikinci dövrənin ilk oyunu sizin üçün vacib əhəmiyyət daşıyır?
- Şübhəsiz. Rəqibimiz də yaxşı günlərini keçirmir. Maraqlı oyun olacaq. Bir qələbə çox şeyi dəyişə bilər.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.