1 noyabr 2011 14:01
AFFA Arif İsayevi cəzalandırdı
Xəbər verdiyimiz kimi, ötən gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanda çıxış edən klubların əvəzedici heyətlərinin çempionatının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qarabağ” – “Bakı” matçının 64-cü dəqiqəsində “Bakı”nın futbolçusu Tural Qürbətov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 79-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Eyvaz Mərdanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

“Xəzər Lənkəran” – “Kəpəz” matçında “Xəzər Lənkəran”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Qəbələ” – “Simurq” matçının 23-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Arif İsayevlə “Simurq”un futbolçusu Bəxtiyar Gözəlov bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, hər iki klub 1000 manat cərimə olunub.