1 noyabr 2011 14:23
Fərid Quliyev dörd oyunluq diskvalifikasiya olundu
Xəbər verdiyimiz kimi, ötən gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Lokomotiv” – “MKT-Araz” matçında “MKT-Araz”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şuşa” – “Həkəri” matçının 55-ci dəqiqəsində “Şuşa”nın futbolçusu Fərid Quliyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Şahdağ” – “Karvan” matçında “Şahdağ”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Matçın 79-cu dəqiqəsində “Şahdağ”ın futbolçusu Zahid Tayıbov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Muğan” – “Neftçala” matçı başa çatdıqdan sonra “Neftçala”nın nümayəndəsi Famil Səfiyev hakimləri təhqir etdiyi üçün adıçəkilən şəxs 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
“Tərəqqi” – “Bakılı” matçında “Tərəqqi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
MOIK – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində MOİK-in futbolçusu Rəfail Qəvami idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində MOİK-in futbolçusu Araz Bağırov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyun cəzalanıb, klubu 600 manat cərimə olunub. MOİK-in inzibatçısı Ceyhun Mehrinari texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
