1 noyabr 2011 14:45

Vaqif Cavadov baş məşqçisiz qala bilər

Futbol üzrə Azərbaycan yığmasından 1 illik uzaqlaşdırılan Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın "Volqa" klubunda baş məşqçi dəyişikliyi ola bilər. Azerisport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Nijni Novqorod təmsilçisinin baş məşqçi Dmitri Çerışev yaxın müddətdə istefaya göndərilə bilər. Buna səbəb isə sözügedən mütəxəssisin qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməməsidi.
 
Məsələ burasındadı ki, "Volqa" rəhbərliyi Çerışevin qarşısına şərt kimi bu mövsüm 30 turdan sonra 30 xalla turnir cədvəlinin 10-11-ci pillələrdə yer almaq hədəfini qoyubmuş Lakin adı çəkilən məşqçi buna nail olmayıb. Komanda hazırda 25 xalla 14-cü pillədə gedir.
 
Məhz buna görə də rəhbərlik Çerışevlə müqaviləni uzatmaq niyyətində deyil. Klub rəhbərliyi noyabrın 6-da "Volqa" ilə müqaviləsi başa çatacaq Çerışevi komandada saxlamağı düşünmür.
 
Məlum olduğu kimi, hazırda bu komandada maaşların gecikməsi ilə də bağlı gərgin vəziyyət yaranıb. Bu üzdən də noyabrın 15-də yığışacaq "Volqa"nın Direktorlar Şurası ilk öncə komandada yaranmış maliyyə məsələsini, daha sonra isə yeni baş məşqçinin namizədliyini müzakirə edəcək.
 
Qeyd edək ki, Cavadov məhz Çerışevin vaxtında "Volqa"ya transfer olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.