1 noyabr 2011 15:43
AFFA yeni açılan stadionda seleksiya günü təyin etdi
Noyabrın 12-də, saat 15:00-da, Ağsu şəhərində 8 yaşdan 16 yaşadək uşaqlar (qızlar və oğlanlar) üçün seleksiya günü təşkil olunacaq. Azerisport.az xəbər verir ki, Ağsu şəhər stadionunda keçiriləcək seleksiya prosesində Ağsu rayonunu, həmçinin ətraf bölgələri təmsil edən müvafiq yaş qrupuna daxil olan uşaqlar iştirak edə bilər.
Seçimlərdə fərqlənən uşaqlar AFFA tərəfindən idman geyimləri ilə təmin olunacaq və onlara mütəmadi məşqlərin keçirilməsi üçün lazımi avadanlıqlar veriləcək. Xatırladaq ki, Ağsu şəhər stadonu AFFA ilə Ağsu rayon İcra Hakmiyyəti tərəfindən birgə inşa olunub və Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə oktyabrın 31-də açılış mərasimi keçirilib.
