1 noyabr 2011 16:04

İsgəndər Cavadov: Arzum budu ki, Azərbaycan futbolu...

Azərbaycan futbolunun veteranlarından İsgəndər Cavadov 55 yaşının tamam olması münasibətilə azerisport.az saytının suallarını cavablayıb, arzularından danışıb.
 
- Sentyabrda anadan olsanız da, ad gününüzü noyabrın 1-də qeyd edirsiz. Niyə?
- Bəli, sentyabrın 20-də anadan olmuşam. 55 illiyimi böyük təntənə ilə, yüksək səviyyədə qeyd etmək istəyirdik. Rusiyanın veteranlarından ibarət yığmasının Bakıya gəlməsini gözləyirdik. Onlar bizdən xahiş etdilər ki, yubileyi oktyabra saxlayaq, buna görə də hər şeyi təxirə saldıq. Amma sonradan onlar ümumiyyətlə gələ bilmədilər. Ona görə də yubileyi bu gün keçirməli olduq. Sağ olsunlar Milli Məclisin məni dəstəkləyən deputatları.

- Geridə qalan dövrə qısaca nəzər salmağınızı istərdik...
- 55 yaş az deyil. “Neftçi”də oynadığım uşaqlıq günlərimi xatırlayıram. Öz karyeramdakı qızıl ili tez-tez xatırlayıram. Yadıma gəlir ki, ilk dəfə “Neftçi”nin avtobusunu görəndə düşünmüşdüm ki, görəsən mən bu klubda oynaya biləcəm. Böyük çətinliklə də olsa, mənə bu müyəssər oldu. Belə komandada oynadığıma sadəcə inanmırdım. Bu, Azərbaycan futbolunun tarixidi. O vaxt komandada Anatoli Banişevski kimi ulduzlar çıxış edirdilər. Gənc idik, əsas heyətə düşəcəyimizə inanmırdıq. Amma mən özümü xoşbəxt sayıram ki, karyeramda “Neftçi”nin xüsusi yeri var.
 
- Özünüzə nə arzu edərdiniz?
- 55 yaşımda sağlam olmaq istərdim. Bütün dostlarıma da bunu arzulayıram. İnsan üçün hər şeydən önəmli olan özünü yaxşı hiss etməsidi. Əgər o, sağlamdısa, yaşının neçə olmasının o qədər də əhəmiyyəti yoxdu.

- Nə hədiyyə almaq istərdiniz?
- Mən əsas hədiyyəmi 50 yaşımda almışam. O vaxt hörmətli prezidentimiz İlham Əliyev məni “Şöhrət” ordeni ilə mükafatlandırmışdı. Sağ olsun ki, bizim idmana, xüsusilə futbola belə diqqət ayırır.
 
- Sizi bu gün kimlər təbrik edib?
- Mən təbrikləri hələ öz ad günümdə almışdım. Həmin insanlar bu gün yenə təbrik edirlər. Doğmalar, yaxınlar, futbol veteranları, dostlar, klublarda çalışanlar – hamı zəng edir, xoş sözlər söyləyirlər. Məni yada salan hər kəsə təşəkkürümü bildirirəm.
 
- Həyata keçməsini arzuladığınız nəsə var?
- Mənim bir arzum var – Azərbaycan futbolu dünyada özünə yer eləsin. Mən inanıram ki, bizim futbol Avropada öz sözünü deyəcək səviyyəyə çatacaq. İndi elə ölkələr futbol oynayır ki, heç fərli bir şəraiti də yoxdu. Biz digərlərindən daha yaxşı oynamalıyıq. Çünki Azərbaycanda idmana böyük qayğı var. Klublarımızı Çempionlar Liqasını, Avroliqanın qrup mərhələrində görmək istəyirəm. Bax budu mənim arzum.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.