1 noyabr 2011 16:17
Neftçi Xəzər Lənkəranla oyunun hazırlığını davam etdirir
"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "Xəzər Lənkəran"la oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün klubun bazasındakı meydançada məşq keçiblər.
Flaqmanın sabahkı məşqi də eyni məkanda baş tutacaq. Hazırlıq prosesi saat 12:00-da start götürəcək.
Xatırladaq ki, noyabrın 6-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyunu saat 14:30-da başlanacaq.
