1 noyabr 2011 16:48

“Quzanlıdakı yenilgi futboldan kənar səbəblərə görə baş verdi”

“İnter”in təcrübəli müdafiəçisi Valeri Abramidze müsahibəsində “Rəvan”la qarşılaşma barədə danışıb, birinci dövrəni şərh edib, çempionatın hansı qarşılaşmasının daha çox yadında qaldığını açıqlayıb və “Turan”la gözlənilən matç barədə fikirlərini paylaşıb. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- “Rəvan”la matç barədə nə deyə bilərdin?
- Oyun çox mürəkkəb alındı. Səmimi desəm, biz bilirdik ki, oyun belə də olacaq. Deyim ki, bizim üçün əsas məsələ 3 xalı əldə etmək idi və çox xoşdur ki, bu məqsədimə çatmağı bacardıq.
 
- Bununla belə, matçın sonunda komanda oyunun ipinin ucunu buraxdı…
- Bəli, biz rahatlaşdıq və az qala buna görə cəzalanacaqdıq. Rəqib bir qolun əvəzini çıxa bildi, lakin bununla belə, bizə qalibiyyət hesabını qorumaq mümkün oldu.
 
- Sən komandanın birinci dövrəni tam və əvəz edilmədən başa vuran yeganə üzvüsən. Əvvəldən sonadək oynamaq və belə qrafikə dözmək çətin deyil?
- Əlbəttə ki, çətindir. Bizim hamımıza asan deyil. Bundan başqa, qeyd etmək istərdim ki, ən çətin olanı meydança dəyişdirməkdir. Deyim ki, süni ot örtüyündən təbii ot örtüyünə keçid ən çətin prosesdir.
 
- Birinci dövrənin yekunlarını qiymətləndirməyini xahiş edirik. Fikrincə, başa çatan ilk dövrə “İnter” üçün necə alındı?
- Hesab edirəm ki, birinci dövrə bizim üçün yaxşı alındı. Onun yekunlarını müsbət qiymətləndirirəm. Lakin bizim əsas oyunlarımız hələ irəlidədir. Demək istərdim ki, bizə heç bir halda rahatlaşmaq olmaz, axı hər turda rəqiblər bizə qarşı daha çox köklənirlər.
 
- Birinci dövrədə hansı qarşılaşma daha çox yaddında qaldı?
- Bir çox oyunları qeyd etmək olar, lakin mənim üçün daha çox “Qarabağ”a qarşı Quzanlıda keçirdiyimiz oyun yadda qaldı. Bu matçda biz təəssüf doğuran məğlubiyyət aldıq. Bu da futboldankənar səbəblərə görə baş verdi. Axı həmin oyun dözəlməz istidə baş tutdu. Bir də ki, meydança yaxşı vəziyyətdə deyildi.
 
- “İnter” ikinci dövrəyə “Turan”la səfər oyunuyla başlayacaq. Bu komandayla gözlənilən oyun barədə nə deyərdin?
- “Turan” - güclü xarakterə malik çox yaxşı komandadır. Bundan başqa, onlar müdafiə futbolu oynayırlar, belə komandalara qarşısa oynamaq kifayət qədər çətindir. Bir də ki, “Turan”a çox təcrübəli məşqçi rəhbərlik edir. Bir sözlə, matç çox çətin olacaq, lakin biz Tovuza qələbə ardınca gedirik. Şəxsən mən Tovuz  stadionunda qazonunun komandalara yaxşı futbol sərgiləməyə imkan verməsini istərdim. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.