1 noyabr 2011 17:43
Pro kateqoriyalı kursların üçüncü mərhələsi başlayır
Noyabrın 15-də, AFFA-nın Futbol akademiyasında AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı lisenziya kurslarının üçüncü mərhələsi start götürəcək. Azerisport.az xəbər verir ki, isveçrəli mütəxəssis Dani Rayserin rəhbərliyi ilə keçiriləcək bu mərhələyə noyabrın 19-da yekun vurulacaq.
Azərbaycanda ilk dəfə təşkil olunan Pro kateqoriyalı lisenziya kurslarının ilkin mərhələsi bu il iyunun 27-dən iyulun 2-ə qədər, ikinci mərhələsi isə sentyabrın 26-dan oktyabrın 8-ə qədər olan müddətdə keçirilib.
