1 noyabr 2011 11:38

İqor Mitreski: Xəzər Lənkərana nə qədər qol vuracağımız önəmli deyil

“Neftçi”nin müdafiəçisi İqor Mitreski azerisport.az saytına müsahibəsində Premyer Liqanın birinci dövrəsini şərh edib, qarşıdan gələn “Xəzər Lənkəran”la oyundan danışıb.
 
- Həftə sonu komandanızı “Xəzər Lənkəran”la oyun gözləyir. Böyük oyundan nə gözləyirsiz?
- Maraqlı oyun gözləyirəm. Prinsipcə, bizə rəqibin kimliyinin o qədər də fərqi yoxdu – “Xəzər Lənkəran” və ya “Turan”. Bizə istisnasız olaraq hər oyunda 3 xal qazanmaq lazımdı. Buna görə də bizi ancaq qələbə qane edir.
 
- “Xəzər Lənkəran”la “Kəpəz”in oyununa baxdınız?
- Çalışıram bütün rəqiblərimizin oyunlarını izləyim. Fikrimcə, lənkəranlılar yaxşı görünürdülər. Çox kompakt oynadılar. Meydanın da vəziyyətini nəzərə alsaq, hər şey ədalətli idi.
 
- “Xəzər Lənkəran”la ilk oyunda “Neftçi”də nə çatışmamışdı?
- Mən deməzdim ki, biz pis oynadıq. Biz məğlubiyyətə layiq deyildik. Gözləmədiyimiz qol buraxdıq. Amma istənilən halda o məğlubiyyətin çempionluq yarışında bizə hansısa ciddi təsirinin olduğunu düşünmürəm. Onsuz da bizi onlarla hələ daha üç oyun gözləyir.
 
- Həmin oyunlardan da çox şey asılı deyil?
- İndi vəziyyət tam fərqlidi. Çempionat sona yaxınlaşdıqca, hər xalın önəmi artır. Əgər indi udsaq, xal fərqini minimuma endirmiş olacağıq. Uduzacağımız halda isə fərq yeddi xala çıxacaq. Biz “Xəzər Lənkəran”dan güclüyük və bunu sübut etmək istəyirik.
 
- Proqnozunuzu bilmək istərdik...
- Mən proqnoz verməyəcəm. Heç nə qədər qol vuracağımız vacib də deyil. 1:0, 2:0, 3:1, 4:3 – vacib deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.