1 noyabr 2011 17:00
Azərbaycan Litvaya yenə uduzdu (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, oktyabrın 29-dan etibarən Litvanın Kaunas şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunub. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız bu gün Litvanın U-16 komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Belə ki, litvalilar minimal hesabla üstün olublar - 0:1.
Xatırladaq ki, bu komandalar arasında oktyabrın 31-də keçirilən ilk yoldaşlıq oyunu da 1:0 hesabı ilə Litva yığmasının xeyrinə yekunlaşmışdı.
