1 noyabr 2011 12:33
Qızıl topa namizəd 23 futbolçunun adı açıqlandı
FİFA dünyanın ən yaxşı futbolçusu adına və “Qızıl top”u qazanmağa namizəd sayılan 23 futbolçunun adını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahı FİFA-nın bir neçə komitəsində və “France Football” jurnalının əməkdaşları arasında aparılan səsvermə nəticəsində tərtib olunub.
Siyahıdakı futbolçuların yarıdan çoxu İspaniyanın “Barcelona” (8 nəfər) və “Real” (5 nəfər) klublarında çıxış edir. Onların tam siyahısını təqdim edirik:
Erik Abidal (Fransa, “Barcelona”), Serxio Aquero (Argentina, “Manchester City”), Kərim Benzema (Fransa, “Real”), İker Kasilyas (İspaniya, “Real”), Kriştianu Ronaldu (Portuqaliya, “Real”), Daniel Alveş (Braziliya, “Barcelona”), Samüel Eto`O (Kamerun, “Anji”), Sesk Fabreqas (İspaniya, “Barcelona”), Dieqo Forlan (Uruqvay, “İnter”), Andres İnyesta (İspaniya, “Barcelona”), Lionel Messi (Argentina, “Barcelona”), Tomas Müller (Almaniya, “Bayern”), Nani (Portuqaliya, “Manchester United”), Neymar (Braziliya, “Santos”), Məsut Ozil (Almaniya, “Real”), Xerard Pike (İspaniya, “Barcelona”), Ueyn Runi (İngiltərə, “Manchester United”), Bastian Şvaynştayger (Almaniya, “Bayern”), Uesli Sneyder (Hollandiya, “İnter”), Luis Suares (Uruqvay, “Liverpool”), David Vilya (İspaniya, “Barcelona”), Xabi Alonso (İspaniya, “Real”), Xavi (İspaniya, “Barcelona”).
Yığmaların kapitanları və beynəlxalq mətbu orqanlarının nümayəndələri finalçı “3-lüy”ü dekabrın 5-də seçəcəklər. Qalibin adı isə 2012-ci il yanvarın 9-da İsveçrənin Sürix şəhərində açıqlanacaq.
