2 noyabr 2011 14:14
Quluzadə Barselonada oynayacaq
İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Xristo Stoiçkov futbol akademiyasından gələn mütəxəssislər “Turan”ın uşaq futbol məktəbində təhsil alan uşaqlardan öz akademiyalarında təhsillərini davam etdirəcək 11 uşaq futbolçunu artıq müəyyənləşdiriblər. Azerisport.az xəbər verir ki, 2 gün davam edən seçimlərdə tovuzlu uşaq futbolçuların istedadları və göstərdikləri məharətlər ispaniyalı mütəxəssisləri özlərinə heyran edib. Seçim zamanı mütəxəssislər öz aralarında məsləhətləşərək İspaniyaya aparacaqları uşaqların adlarını açıqlayıblar.
Barselonaya aparılacaq uşaq futbolçuların siyahısı isə aşağıdakı kimidi:
1. Yaşar Quliyev (1998/qapıçı)
2. Nəriman Hüseynov (1998/müdafiəçi)
3. Ömər İsgəndərov (1996/müdafiəçi)
4. Afin Bağırov (1996/müdafiəçi)
5. Şahin Quluzadə (1998/yarımmüdafiəçi)
6. Pərvin Əiyev (1998/yarımmüdafiəçi)
7. Cavid Qasımov (1996/yarımmüdafiəçi)
8. Emin Mirzəliyev (1996/yarımmüdafiəçi)
9. Budaq Nəsirov (1996/yarımmüdafiəçi)
10. Emin Yusifli (1998/hücumçu)
11. Məharət Əhmədov (1996/hüçumçu)
