2 noyabr 2011 14:35
Neftçi canlı əfsanəni təbrik etdi (FOTO)
Xəbər verdiyimiz kimi, Azərbaycan futbolunun canlı əfsanəsi, "Neftçi"nin veteran futbolçusu İskəndər Cavadovun 55 yaşı tamam olur. Azerisport.az xəbər verir ki, bu münasibətlə "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov klub prezidenti Sadıq Sadıqovun adından İskəndər Cavadovu təbrik edib və ona hədiyyələri təqdim edib.
Qeyd edək ki, 1977-1988-ci illərdə "Neftçi"nin heyətində çıxış etmiş İskəndər Cavadov 303 oyunda 61 qolun müəllifi olub.
"Neftçi"nin kollektivi səbəbkarı ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür və can sağlığı arzulayır.
