2 noyabr 2011 02:16
Azərbaycan - Union Berlin matçının vaxtı bəlli oldu
Millimizin "Union Berlin" klubu ilə yoldaşlıq oyunu keçirəcəyi barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, yığmamız FİFA-nın yoldaşlıq oyunları üçün ayırdığı pəncərədə rəqib tapmadığından Almaniya klubu ilə qarşılaşacaq.
Artıq matçın başlama vaxtı da müəyyənləşib. Belə ki, Azərbaycan - "Union Berlin" oyunu noyabrın 15-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
