2 noyabr 2011 14:50
Volqadan Cavadova şad xəbər
Rusiyanın “Volqa” klubunun futbolçusu Anton Xazov bildirib ki, komandanın üzvləri maaşların gecikdirilməsinə etiraz əlaməti olaraq məşqə çıxmaq istəməmərlinə dair informasiyalar düzgün deyil. Azerisport.az xəbər verir ki, o, açıqlamasında futbolçulara olan borcların tezliklə ödəniləcəyini bildirib:
“Biz heç bir aksiya keçirməyi planlaşdırmırıq. Adi qaydada “Rubin”lə oyuna hazırlaşırıq. Klub rəhbərliyi ilə bütün məsələlər həll olunub. Bizə qarantiya veriblər ki, yaxın zamanda bütün borclar ödəniləcək”.

Qeyd edək ki, Nijni Novqorod təmsilçisinin heyətində azərbaycanlı hücumçu Vaqif Cavadov da çıxış edir.