2 noyabr 2011 15:08
Arif Əsədov: Neftçi XL-dan qisasını alacaq
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Premyer Liqanın 12-ci turu çərçivəsində keçiriləcək Böyük oyun ərəfəsində fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, “Neftçi” – “Xəzər Lənkəran” görüşü ilə bağlı bunları dilə gətirib:
“Klublar bu oyuna Premyer Liqanın digər oyunlarından biri kimi baxmalıdılar. Çünki digər oyunlarda olduğu kimi, bu görüşdə də qələbə yalnız 3 xal qazandıracaq. Gərgin oyun olacaq. Fikrimcə, “Neftçi” birinci dövrədəki məğlubiyyətin qisasını alacaq. Bu qələbə həm də paytaxt klubuna liderlə arasındakı xal fərqini minimuma endirməyə kömək edəcək”.