2 noyabr 2011 15:24

“Azərbaycanda qələbə ilə məğlubiyyət nazik ipin üzərindədi”

Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL üzərində qələbə qazanan “Sumqayıt Şəhər”in bir günlük istirahəti başa çatıb. Azerisport.az xəbər verir ki, həftəsonu “Qarabağ”la üz-üzə gələcək komandanın baş məşqçisi Bernhard Raab klubun rəsmi saytına müsahibə verərək bəzi maraqlı məqamlara toxunub.
 
- “Sumqayıt Şəhər” Premyer Liqanın ötən turu çərçivəsində AZAL-la oyunda qələbə qazandı. Komandanızın Premyer Liqadakı ilk qalibiyyəti barədə nə deyə bilərsiniz?
- İlk növbədə qələbə münasibəti ilə klubun bütün rəhbərliyini, sponsorlarımızı, futbolçuları və bizi sona qədər dəstəkləyən azarkeşlərimizi təbrik edirəm. Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində “Lokomotiv”lə görüşdə qazanılan qələbə uşaqlarda özünəinamı artırmışdı. AZAL-la oyundan əvvəl daxilimdə yaxşı hiss var idi. Rəqibin oyununu izləmiş və analiz etmişdik. Onların optimal formada olmadığını bilirdik. Qarşılaşmaya yaxşı başladıq və debütdəcə hesabı açdıq. Birinci hissənin sonlarına yaxın daha bir qol vurub fasiləyə iki top üstünlüklə yollandıq. Uşaqlar görüşün ilk yarısında olduqca baxımlı oyun nümayiş etdirdi. İkinci hissədə daha çox hesabı qorumağa çalışdıq. Lakin iki futbolçumuzun zədələnməsi və məcburi dəyişikliklər oyun sistemimizi pozdu. Buna baxmayaraq, qələbə qazana bildik. Üç aylıq işimizin bəhrəsini gördük. Qələbəni hiss etmək üçün bu üç xal futbolçulara çox lazım idi.
 
- “Sumqayıt Şəhər”in yalnız birinci dövrənin son turunda qələbə qazanmasının səbəbi nədi?
- Bu tura qədər bəzi oyunlarda qələbəyə yaxın olsaq da, üç xalı qazana bilməmişdik. Məsələn, “İnter”, “Rəvan” və “Kəpəz”lə qarşılaşmalarda komanda yaxşı oyun nümyiş etdirsə də, bəxtimiz gətirməmişdi. Bu işə başlamazdan əvvəl hər şeyin çətin olacağını bilirdim. “Sumqayıt Şəhər” gənclərdən və azərbaycanlı futbolçulardan qurulub. Zamana ehtiyacımız var. Gənclərin təcrübə yığması üçün bir neçə oyun keçirməli idik. Gündən-günə oyunumuzda irəliləyiş hiss olunur. Lakin səhvlərimiz kifayət qədərdir. Açığını deyim, “Sumqayıt Şəhər”ə gəldiyim gündən bəri tam heyətlə məşq keçə bilməmişəm. Heyətdə zədəli futbolçularımız var. Bəzi futbolçularımız isə mütəmadi olaraq U-17, U-19 və U-21-in heyətində təlim-məşq toplanışlarına yollanır. Buna baxmayaraq, əlimdə olan kiçik heyətlə bu çətinliklərin öhdəsindən gələcəyimə inanıram.
 
- Qış “transfer pəncərəsi” dövründə komandaya yeni futbolçular cəlb olunacaqmı?
- Biz bir layihənin başlanğıcındayıq və bu səbəbdən heyətdə radikal dəyişikliklərə ehtiyac yoxdu. Keyfiyyət nöqtəyi nəzərdən bəzi xəttlərə əlavə güc qatmalıyıq. Buna görə qış “transfer pəncərəsi” dövründə heyətimizə daha 4-6 futbolçu cəlb etməyi planlaşdırırıq. Transfer edəcəyimiz futbolçular gənclər və əslən azərbaycanlı uşaqlar olacaq.
 
- Qarşıda komandanı “Qarabağ” və “Simurq”la çətin səfər oyunları gözləyir. Bu görüşlər barəsində nə deyə bilərsiniz?
- Hər iki komanda ilə birinci dövrədə qarşılaşmışıq. Premyer Liqanın 5-ci turunda “Qarabağ”la oyunda ilk xalımızı qazanmışdıq. Ağdam təmsilçisi Azərbaycan çempionatının ən sabit klublarındandı. Oyun bizim üçün çox çətin keçəcək. “Simurq”la doğma arenada keçirdiyimiz görüşdə isə çox zəif oynayıb məğlub olduq. “Qarabağ” və “Simurq”la qarşılaşmalarda baxımlı oyun göstərib uğurlu nəticə qazanmaq istəyirik.
 
- Ümumilikdə Premyer Liqanın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Avropanın ən yüksək səviyyəsi deyil. Amma kiçik ölkə üçün çempionatın səviyyəsini yüksək saymaq olar. Qələbə ilə məğlubiyyət nazik ipin üzərindədi. Yəni komandalar arasında o qədər də böyük fərq yoxdu. Amma düşünürəm ki, “Qarabağ”, “Xəzər Lənkəran” və “Neftçi” digərlərinə nisbətən bir addım öndədi.
 
- Çempionatda bəyəndiyiniz əcnəbi və yerli futbolçular kimlərdi?
- Premyer Liqada olduqca təcrübəli futbolçular çıxış edir. Mənə görə, ən səviyyəli legioner “Neftçi”nin yarımmüdafiəçisi Flavinyodu. Bundan başqa, “Xəzər Lənkəran”dan Emeka Opara və “Qarabağ”dan George Adamiyanın adını çəkə bilərəm. Yerli futbolçulardan isə “Qarabağ”ın iki üzvü – Əfran İsmayılov və Rauf Əliyevi qeyd etməliyəm. “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev də onlardan geri qalmır.
 
- Sonda “Sumqayıt Şəhər”in azarkeşlərinə nə demək istərdiniz?
- İlk növbədə “Sumqayıt Şəhər”in bütün azarkeşlərinə bizi sona qədər dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm. AZAL-la oyunda qazandığımız qələbəni fanatlarımıza ərmağan edirik. Ən pis oynadığımız “Neftçi” ilə qarşılaşmada da onlar bizimlə idilər. Futbolu azarkeşsiz təsəvvür etmək olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.