2 noyabr 2011 15:49
FİFA-dan Azərbaycan üçün xüsusi səhifə
2012-ci il sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatı ilə bağlı FİFA-nın saytında (fifa.com) xüsusi səhifə fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, burada FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı müxtəlif məlumatlar mütəmadi qaydada yerləşdiriləcək.
