2 noyabr 2011 16:10
UEFA rəsmiləri klublarımıza dərs keçir (FOTOREPORTAJ)
UEFA-nın Klub Lisenziyası və Maliyyə Fair Play-i şöbəsinin rəhbəri Andrea Traverso və Klub Lisenziyası şöbəsinin nəzarət meneceri Pablo Rodriqez Bakıda səfərdədirlər. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi, Lisenziylaşdırma qrupunun rəhbəri Elxan Məmmədovla UEFA rəsmilərinin görüşündə ölkəmizdə lisenziyalaşma prosesi ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Bu gün AFFA-nın inzibati binasında A.Traverso və P.Roriqezin iştirakı ilə Premyer Liqamızda çıxış edən klubların nümayəndələri üçün lisenziyalaşdırma və Maliyyə Fair Play-i mövzularına həsr olunmuş seminar keçirilib. UEFA rəsmilərinin səfəri noyabrın 4-də başa çatacaq.
