2 noyabr 2011 16:55
Araz - Barcelona matçının hakimləri açıqlandı
Futzal üzrə UEFA kubokunun elit-raundunda təmsilçimiz “Araz”ın mübarizə aparacağı B qrupunun oyunlarını idarə edəcək hakimlər, həmçinin qarşılaşmaların UEFA nümayəndələri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlum olduğu kimi, Azərbaycan çempionunun yer aldığı bu qrupun oyunları İspaniyanın Barselona şəhərində keçiriləcək. Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Hakimlər
Sergey Drebujan – Ukrayna
Eduardo Joze Fernandes Koelyo – Portuqaliya
Qabriel Konstantin German – Rumıniya
Daniel Yanoseviç – Xorvatiya
UEFA nümayəndələri
Andrea Lastrucci – İtaliya
Ferents Raqadiks – Macarıstan
“Araz”ın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
17 noyabr, saat 21:30
Araz - Eindhoven
18 noyabr, saat 21:45
Chrudim – Araz
20 noyabr, saat 20:00
Araz - Barcelona
