2 noyabr 2011 17:23

UEFA rəsmisi: Bu işdə AFFA həmişə ön cərgələrdə olub

Bakıda səfərdə olan UEFA-nın Klub Lisenziyası və Maliyyə Fair Play-i şöbəsinin rəhbəri Andrea Traverso AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibənin mətnini diqqətinizə çatdırır:
 
- Maliyyə Fair Play-i nədir və UEFA bu layihəni hansı məqsədlə tətbiq edir?
- Bu layihə bir neçə il əvvəl yaradılıb. UEFA-ya üzv olan 53 milli assosiasiyanın klublarındakı maliyyə vəziyyəti heç də qaydasında deyildi. Üstəlik, vəziyyət getdikcə çətinləşirdi. Bu sahədə müsbət mənada yeniliyə ehtiyac var idi. Beləcə, Maliyyə Fair Play-i layihəsini yaratmağı qərara aldıq.
 
- Bu layihə əsasən hansı klublara şamil olunur?
- UEFA-nın klub yarışlarında iştirak edən bütün klublara. Hazırda layihə UEFA-ya üzv olan 53 ölkənin 235 klubunu əhatə edir. Ancaq bu, nəzərdə tutduğumuzdan azdır. İnanırıq ki, hər bir federasiya bu layihəni daxili çempionatlarında mübarizə aparan bütün klublara tətbiq edəcək. Əlbəttə, Maliyyə Fair Play-inin bütün qaydaları assosiasiya tərəfindən hər bir kluba tətbiq olunmamalıdır. Təbii ki, milli assosiasiya daxili çempionatın səviyyəsini nəzərə alaraq, bu layihəni hansı klublara tətbiq edəcəyini özü müəyyənləşdirməlidir.
 
- Layihənin tələblərini yerinə yetirməyən klubları hansı sanksiyalar, cəzalar gözləyir?
- Hər hansı bir layihənin tətbiqi zamanı klublara kömək edilməlidir, maarifləndirmə işləri aparılmalıdır. Layihənin tələblərinə cavab verməyən klublar isə tənbeh olunmalıdır. Əgər hər hansı layihənin tətbiqində sanksiyalar nəzərdə tutulmayıbsa, bu, həmin layihənin uğursuz olması anlamına gəlməməlidir. Layihə o vaxt uğurlu olar ki, hər hansı kluba sanksiya tətbiq olunmadan həyata keçirilsin.
 
- AFFA-nın Lisenziyalaşdırma qrupu son 2 ildə yerli futbol klublarının lisenziyalaşdırma üzrə əməkdaşları üçün bir sıra seminarlar, treninqlər təşkil edib. Bu istiqamətdə atılan addımları necə qiymətləndirirsiniz?
- UEFA bu istiqamətdə AFFA ilə sıx əməkdaşlıq edir. Lisenziya ilə bağlı məsələlərdə həmişə AFFA ön cərgələrdə olub. Hər bir federasiya Maliyyə Fair Play-inin fəlsəfəsini, mahiyyətini anlayıb, təcrübə toplayandan sonra ölkəsində tətbiq etməlidir. Bunun üçün UEFA son 2 ildə müxtəlif seminarlar keçirib. Bu seminarlarda təkcə lisenziya sahəsi deyil, eyni zamanda infrastruktur və gənc futbolçuların hazırlığı ilə bağlı məsələlər də əhatə olunur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.