2 noyabr 2011 17:41
“Bu şöbə iki məqsədlə yaradılıb”
Bakıda səfərdə olan UEFA-nın Klub Lisenziyası şöbəsinin nəzarət meneceri Pablo Rodriqes klub maliyyə nəzarəti haqda AFFA-nın sayıtna fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bu şöbə UEFA tərəfindən 2010-cu ildə əsas iki məqsədlə yaradılıb. Bunlardan biri UEFA-ya üzv olan 53 ölkənin klub lisenziyalaşdırma sisteminə, digəri isə layihənin həyata keçirilməsindən sonra görülən işlərə nəzarət etməkdir. UEFA-nın Klub Maliyyə Nəzarət şöbəsinin 9 müstəqil üzvü var. Onların hər biri maliyyə ekspertidirlər. UEFA-nın Klub Maliyyə Nəzarət şöbəsinin ekspert qrupuna Belçikanın sabiq baş naziri Jan Luk Dehane rəhbərlik edir”.
