2 noyabr 2011 18:06
Rəvan-Simurq matçının başlama vaxtı dəyişdirildi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının 12-ci turunun bir oyununun başlama vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Rəvan" - "Simurq" oyununun başlama vaxtı öncədən 14:00-a nəzərdə tutulmuşdu. Amma dəyişikliyə əsasən həmin görüş yarım saat gec - 14:30-da start götürəcək.
Əvəzedicilərin çempionatı
12-ci tur
3 noyabr (cümə axşamı)
Rəvan - Simurq
Bakı. "Şəfa" stadionu, IV meydança. Saat 14:30.
