2 noyabr 2011 18:12

Böyükağa Hacıyev: XL-la matç bizim üçün adi oyundu

"Neftçi" Premyer Liqanın 12-ci turunda doğma divarlar arasında "Xəzər Lənkəran"ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, “flaqman” cənub təmsilçisi ilə matçın hazırlıqlarına artıq 2 gündü start verib. Komandanın baş məşqçisi Böyükağa Hacıyev hazırlıqla bağlı klubun rəsmi saytına müsahibə verib.
 
- Böyükağa müəllim, "Xəzər Lənkəran"la oyunun hazırlıqları necə gedir?
- "Turan"la oyuna qədər komandamız 4 ağır görüş keçirmişdi. Bu səbəbdən də komandada yorğunluq sezilirdi, ona görə də futbolçulara 2 günlük istirahət vermişdim. "Xəzər Lənkəran"la oyunun hazırlığına dünəndən başlamışıq. Məşqlərimiz adi qaydada gedir. Bizim üçün bu fövqəladə oyun deyil, adi oyunlardan biridir. Rəqibi qiymətləndiririk. "Xəzər Lənkəran" yaxşı komandadır, amma "Xəzər Lənkəran" da unutmamalıdır ki, "Neftçi"yə qarşı oynayacaq. Hər şey oyundan sonra məlum olacaq.
 
- Çoxları, eləcə də fanatlar bu qarşılaşmaya "Böyük oyun" adı veriblər.
- Biz oyuna həm də qardaşlıq prinsipindən yanaşırıq. İstər "Xəzər Lənkəran", istərsə də "Neftçi" ilk növbədə Azərbaycan futbolunun inkişafı naminə oynayır. Ona görə də mənə elə gəlir ki, bu oyunu çox da böyütməyə ehtiyac yoxdur. Bizim üçün adi çempionat oyunudu. Bu görüşün də qalibinə digər oyunlardakı kimi 3 xal veriləcək.
 
- Amma bu 3 xal aradakı fərqi 1 xala qədər azaldacaq.
- O əsgər əsgər deyil ki, general olmaq istəmir. Biz də hər bir oyuna qələbə əzmi ilə çıxırıq. "Xəzər Lənkəran" da istisna təşkil etmir. Bəli, xal fərqi 4-ə bərabərdi, biz bu fərqi növbəti matçda lap azalda bilərik. Amma çempionatın bitməyinə çox var, digər rəqibləri də unutmaq olmaz, bir sözlə mübarizə hələ qarşıdadır.
 
- Azarkeşlərə necə müraciət edərdiniz?
- Çalışacağıq ki, həm Lənkərandan gələcək qonaq azarkeşlər, həm də "Neftçi"sevərlər maraqlı, gözəl oyuna şahidlik etsinlər. Mən flaqmanın bütün azarkeşlərini həmin oyuna dəvət edirəm. Qurban bayramında biz də onları sevindirməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.