2 noyabr 2011 11:18

Petar Zlatinov: Həmin hadisə bizə yaxşı mənada kömək etdi

“İnter”in yarımmüdafiəçisi Petar Zlatinov azerisport.az saytına müsahibəsində Premyer Liqanın ilk dövrəsini şərh edib, eləcə də qarşıdan gələn “Turan”la matç barədə fikirlərini dilə gətirib:

- Komandanızın ilk dövrədəki çıxışını necə qiymətləndirirsiz?
- Son vaxtlar pis oynamırıq. Nəticədə də üçüncüyük. Başlanğıc üçün yaxşı nəticədi. Bütün oyunlarda qələbə qazanmağa çalışırıq. Hərdən alınır, hərdən yox. Əgər üçüncüyüksə, deməli buna layiqik. Amma bununla kifayətlənmək istəmirik. Birinci pilləyə çıxmağa çalışmaq lazımdı.
 
- Sonuncu dəfə uduzduğunuz yadınızdadı?
- Deyəsən, avqust ayında.

- Bəli. Artıq 8 oyundu uduzmursuz...
- Seriya uzun da ola bilərdi. Əgər “Bakı”ya məğlubiyyət olmasaydı. Amma bu, artıq keçmişdədi.

- Bunun acığına hamını udmağa çalışırsız?
- Həmin hadisə bizə yaxşı mənada kömək etdi. Motivasiyamız daha da artdı.. İndi hamıya necə yaxşı komanda olduğumuzu göstərmək istəyirik.
 
- Növbəti turda sizi “Turan”la oyun gözləyir...
- Birinci turda onları öz meydanımızda çətinliklə məğlub etmişdik. Bu dəfə də ağır olacaq. Həmin oyundan yeganə fərqi onda olacaq ki, bu dəfə Tovuzda qarşılaşacağıq. Heç ordakı qazonun hansı vəziyyətdə olduğunu da bilmirəm.

- Komandanız ilk altılıq komandalarına qarşı daha yaxşı mübarizə aparır...
- Bunun səbəbini söyləmək çətindi. Güclü komandalara qarşı həmişə yaxşı oynamağa çalışırıq.

- Hesab etmirsiz ki, “Rəvan”la son oyunda daha çox bəxtiniz gətirdi?
- Mən deməzdim ki, zəif çıxış etdik. Hesab 2:0 olanda daha çox qol vura bilərdik. Bunu etsəydik, matçın sonu elə gərgin alınmayacaqdı. Digər tərəfdən “Rəvan” yüksəlişdədi. Yəqin ki, indi bir qədər sakitləşdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.