2 noyabr 2011 11:32
İskəndər Cavadovu AFFA da təbrik etdi (FOTO)
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, “Şöhrət” ordenli veteran futbolçu İskəndər Cavadovun 55 illik yubileyi münasibətilə ABU Arena-da təntənəli mərasim keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından yubilyarı təbrik edib, İskəndər Cavadovun Azərbaycan futbolundakı müstəsna xidmətlərini xatırladıb.
Sonra yubilyara üzərində İskəndər Cavadov – 55 yazılmış Azərbaycan millisinin futbolkası hədiyyə olunub.
