2 noyabr 2011 12:03

“Xal itkilərindən qaçmaq istəyirik”

“Qarabağ” Premyer Liqanın ikinci dövrəsinin ilk turunda “Sumqayıt Şəhər”lə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, ilk dövrədə debütantla oyunda xal itirən komanda bu dəfəki görüşə ciddi hazırlaşır.
 
Sonuncu oyunda “Bakı”nı məğlub edən komandanın heyətində cari mövsüm ilk dəfə Fərhad Vəliyev ilk “11-lik”də yer aldı. Həm bu səbəbdən, həm də sumqayıtlı olduğunu nəzərə alaraq klubun rəsmi saytı Fərhadın açıqlamasını yayıb. 31 yaşlı qolkiper oyun haqqında bunları deyib:
 
“İlk dövrədə “Sumqayıt Şəhər”lə oyunda gözlənilməz xallar itirdik. Oyunda çoxlu imkanlarımız olsa da, bundan yararlana bilmədik. İndi bizi yenə də ciddi oyun gözləyir. Sonuncu matçda AZAL-a qalib gəliblər. Əhval-ruhiyyələri yaxşıdı. Ən azından xal almağa çalışacaqlar. Amma biz də qələbə qazanmaq istəyirik. Xal itkilərindən qaçmaq istəyirik. Təbii ki, Sumqayıtda komandanın olması məni sevindirir. Bu, yerli uşaqları futbola həvəsləndirmək üçün vacib amildi. Xüsusilə, komandada çoxlu gənclərin olması sevindiricidi”.
 
“Son oyunda qapıda durmağıma gəlincə. Mən daim məşq edib öz şansımızı gözləyirdim. Tam səmimi deyirəm, Boyanla aramda sadəcə idman rəqabəti var. Bir-birimizi hər zaman dəstəkləyirik. Qurban müəllim kimə şans verirsə, o da ən yaxşısını etməyə çalışır. Pavloviçlə yanaşı daha bir gənc perspektivli Osman Umarov da var. Güclü rəqabətin olması bizim işimizin xeyrinədi. “Qarabağ” üçün ən yaxşısını etməyə çalışırıq. “Bakı”yla oyunda heç bir həyəcanım yox idi. Düzdü, istər-istəməz oyun praktikası öz sözünü deyir. Amma hər hansısa problem yaşanmadı. “Sumqayıt Şəhər`lə oyuna da əvvəlki qaydada hazırlaşırıq. Qapıda kimin dayanmasına Qurban müəllim qərar verəcək. Əsas odu ki, doğma azarkeşlərimiz  qarşısında qələbə qazanaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.