2 noyabr 2011 00:15
Xəzər Lənkəran Neftçi ilə dueldən qalib ayrılacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, 12-ci turun “Neftçi” – “Xəzər Lənkəran” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Maraqlıdı ki, qarşılaşma Bakıda, “Neftçi”nin meydançasında keçirilsə də, əksəriyyət bu görüşdə “Xəzər Lənkəran”ın qalib gələcəyini düşünür. Məsələ burasındadı ki, sorğuya qatılanların 58 faizi məhz cənub təmsilçisindən qələbə gözlədiyini bildirib.
Respondentlərin yalnız 32 faizi qarşıdan gələn derbidə “Neftçi”nin qalib gələcəyini proqnozlaşdırır.
Yerdə qalan 10 faiz isə bu dəfəki Böyük oyunun heç-heçə bitəcəyini düşünür.
