3 noyabr 2011 13:05
Ötən mövsümün qalibləri mükafatlandırılır
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2010/2011-ci il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, "Bakı Biznes Mərkəzi"ndə keçiriləcək və saat 19:00-da başlayacaq tədbirdə ötən mövsümün ən yaxşıları mükafatlandırılacaq.
Maraq üçün xatırladaq ki, 2010/11 mövsümündə “Neftçi” çempion olduğu halda, “Xəzər Lənkəran” gümüş, “Qarabağ” bürünc medallara sahib çıxmışdı. Birinci divizionda isə artıq dağılan “Abşeron” qızıl, “Rəvan” gümüş, “Bakılı” da bürünc medalları qazanmışdı.
