3 noyabr 2011 13:50
UEFA yığmamızın rəqibini cəzalandırdı
UEFA Albaniya Futbol Federasiyasını cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna sentyabrın 2-də keçirilən AÇ-2012-nin seçmə mərhələsi çərçivəsinin Fransa ilə oyunu səbəb olub.
Qitə futbol qurumu albanları 50 000 avro məbləğində cərimələyib. Səbəb kimi isə azarkeşlərin sözügedən oyun vaxtı meydana yad əşyalar atması göstərilib.
Xatırladaq ki, Albaniya yığması noyabrın 11-də Tiranada Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək.
