3 noyabr 2011 01:45

Bakının rəsmisi Di Vayo və Stefano Pioli ilə bir arada (FOTO)

"Bakı"nın futbol akademiyasının rəhbəri və uşaq futbolu üzrə baş koordinatoru Yüksəl Kepoğlu İtaliyanın "Bologna" klubunun təcrübəsi ilə tanış olur. Azerisport.az xəbər verir ki, Yüksəl Kepoğlu İtaliyanın ən köklü və iddialı klublarından biri olan bu klubla əməkdaşlıq qurmaq və gənc futbolçuların hazırlıq prosesini yerində izləmək məqsədi ilə bu klubun təlim-mərkəzində 1 həftəlik təcrübə keçir.
 
Baş koordinatorun səfərinin əsas məqsədi gənc və yeniyetmə futbolçuların məqlərini və nəzəri məşğələlərini izləmək, bu sahədə seçilən klublardan biri olan "Bologna"nın təcrübəsindən yararlanmaqdı.
 
Yüksəl Kepoğlu "Bologna" klubunun prezidenti Albano Quaraldi, baş məşqçi Stefano Pioli, əfsanəvi futbolçu Marco Di Vayo ilə görüşərək "Bakı" futbol klubu haqqında geniş məlumat verməklə bərabər, italiyalı mütəxəssisləri ölkəmizdə, xüsusən də, "Bakı" futbol klubunda aparılan işlərlə tanış edib.
 
Yüksəl Kepoğlu klublar arasında gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inandığını bildirərək, uşaq komandaları arasında turnirlərin keçirilməsi, təcrübə mübadiləsi, məşqçilərin qarşılıqlı səfərlərinin təşkilinin böyük əhəmiyyət daşıyacağını bildirib.
 
İtaliya klubunun rəsmiləri qısa bir zaman ərzində inşa olunub, uşaqların ixtiyarına verilən təlim-məşq bazası və futbol akademiyasının "Bakı" futbol klubunun inkişafı üçün əvəzsiz töhvə olduğunu ifadə ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.