3 noyabr 2011 14:32
Daha bir klubumuz dağıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
10 aprel 2011-ci il tarixində U-14 Liqasının “Bakı” – “Neftçi” İSM matçı başa çatdıqdan sonra “Bakı”nın futbolçuları Ülvi Əliyev, Rafiq Zamanov, Niyaz Bədirov, “Neftçi” İSM-in futbolçuları Famil Familzadə, Orxan Sabirbəyli dava-dalaşda iştirak etdikləri üçün hər bir futbolçu İntizam Komitəsi tərəfindən 6 oyunluq cəzalandırılıb. Lakin hər iki klub AFFA-ya müraciət edərək adıçəkilən futbolçuların perespektivli futbolçular olduğunu nəzərə almağı və verilmiş cəzanın 50%-nin tətbiq edilməsini xahiş ediblər. Yuxarıda göstərilənləri nəzərə alaraq futbolçuların cəzası 6 oyundan 3 oyuna endirilib.
“Həkəri” klubu maliyyə problemi səbəbindən birinci divizionda çıxışını dayandırıb. Bu səbəbdən də “Həkəri” birinci divizon yarışlarından çıxarılıb. “Həkəri” oyunların 50%-dən azını keçirdiyi üçün klubun iştirakı ilə keçirilən matçların nəticələri ləğv edilib.
