3 noyabr 2011 14:57
Yığmamız Union Berlinlə oyuna məşq formasında çıxacaq
Futbol üzrə Azərbaycan millisi noyabrın 15-də Almaniyanın “Union Berlin” klubu ilə yoldaşlıq görüşünə fərqli formada çıxacaq. Azerisport.az xəbər verir ki, futbolçularımız ikinci Bundesliqa təmsilçisi ilə oyuna məşq formasında çıxacaqlar.
Yığmanın klubla görüşünün nəticəsi sayılmadığından, bu, qeyri-rəsmi matç sayılır. Bu üzdən millimizin üzvlərinin əvvəl olduğu kimi, məşq geyimlərində oynamağı daha məqsədəuyğun sayılıb.
Qeyd edək ki, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız bu ilin fevralında Dubaydakı təlim-məşq toplanışında Ukraynanın “Metallist” klubu (0:1) ilə yoldaşlıq görüşünə də məşq formasında çıxmışdı.
