3 noyabr 2011 15:46
Yuri Fomenko: Bu klublar Ukraynada ilk beşliyə düşə bilər
“Kəpəz”in hücumçusu Yuri Fomenko Premyer Liqanın 12-ci turunun “Bakı” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Bakı” ilə oyuna hazırlıqlarınız necə gedir?
- Adi qaydada hazırlaşırıq. Düşərgədə itki yoxdu. Odu ki, “Bakı” ilə oyuna döyüşkən heyətlə çıxa biləcəyik.
- Bu komanda ilə ilk oyunda dubla imza atmışdınız. Bu dəfə hədəf həmin uğuru təkrarlamaqdı, yoxsa het-trik etmək?
- Əlbəttə, mən ən azı bu uğuru təkrarlamaq istərdim. Ümumiyyətlə, biz hər oyunda maksimuma çalışırıq. Amma hərdən bəxtimiz gətirmir. “Bakı” ilə oyuna yenə qələbə üçün çıxacağıq.
- Sizcə, 3:0-ı təkrarlamaq mümkün olacaq?
- Niyə də yox? Top yumrudu, hər şey ola bilər. Görək, necə alınacaq. “Bakı” yaxşı komandadı. Mən onların “Qarabağ”la son oyunlarına baxdım. 1:2 uduzsalar da, heç də pis oynamadılar.
- Ceyhun Sultanovla birgə 4 qol vurmusuz. Bombardir olmaq fikriniz var?
- Mənim məqsədim hər oyunda qol vurmaqdı. Əsas odu ki, bu alınsın.
- Mənim məqsədim hər oyunda qol vurmaqdı. Əsas odu ki, bu alınsın.
- Ukraynadan sonra Azərbaycan çempionatında çıxış etmək necədi?
- Burdakı səviyyə kifayət qədər yaxşıdı. Yaxşı səviyyəli komandalar var. Mən hətta deyərdim ki, onlar Ukrayna çempionatında ilk beşlikdə olardılar. “Kəpəz” də daxil olmaqla.
- Hansı komanda sizin daha çox diqqətinizi çəkir?
- Mənim daha çox “Neftçi” xoşuma gəlir. Bu komanda müxtəlif cür oynayır. Onların stili çox xoşuma gəlir. Amma məsələn, “Xəzər Lənkəran” haqda heç nə deyə bilmərəm. Çünki onlarla elə havada futbol oynadıq ki, rəqibin stilini qiymətləndirmək imkanı da yox idi. Amma bütövlükdə bu komanda da yaxşıdı. “Qarabağ”la “Bakı”nı da qeyd edərdim. “İnter” də güclüdü.
- “Kəpəz” üçün ilk altılığa düşmək nə dərəcədə realdı?
- Hər oyunda artırmaq lazımdı. Xallarımızın sayını artırmalıyıq. Əgər xal qazanmağa davam etsək, ilk altılığa düşməyimiz tam realdı.
- Hər oyunda artırmaq lazımdı. Xallarımızın sayını artırmalıyıq. Əgər xal qazanmağa davam etsək, ilk altılığa düşməyimiz tam realdı.
