3 noyabr 2011 15:55
Sumqayıt Şəhər Ağdam səfərinə itkilərlə çıxır
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində, noyabrın 5-də Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionunda “Qarabağ”ın qonağı olacaq “Sumqayıt Şəhər” hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda son məşqinə çıxan və Mingəçevir şəhərində məskunlaşacaq komanda sabah yola düşəcək.
U-17-nin heyətində Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edən 3 futbolçu – Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Cəmaləddinov komanda ilə birgə məşqlərə başlayıb. Zədəsini sağaltmış Aleksandr Qross isə Bernhard Raabın sərəncamındadı. “Turan”la oyun öncəsi zədələnən qapıçı Sahil Kərimovun müalicəsi davam etdiyindən, qolkiper Ağdama aparılmayacaq. Zədəli futbolçular – Rəşad Kərimov, Eşqin Quliyev və Orxan Həsənov da “Qarabağ”la görüşdə iştirak edə bilməyəcək.
