3 noyabr 2011 16:21
Kamran Ağayev Böyük oyunu buraxacaq
“Xəzər Lənkəran” həftə sonu keçiriləcək Premyer Liqanın 12-ci turunun “Neftçi” ilə oyununa ciddi itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın qapıçısı Kamran Ağayev böyük ehtimalla Böyük oyunu buraxacaq.
Buna səbəb isə onun əzələsini dartmasıdı. Məhz bu üzdən təcrübəli qapıçı son 3-4 gündə məşqlərdə də iştirak etməyib.
Belədə Kamranın “Neftçi” – “Xəzər Lənkəran” matçında meydana çıxması inandırıcı görünmür. Ağayevi ikinci qapıçı Kamal Bayramovun əvəzləyəcəyi gözlənilir.
