3 noyabr 2011 16:45
Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi
Futzal üzrə Azərbaycan yığması Rusiyada təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, Joze Alesionun yetirmələri bu toplanış çərçivəsində 3 sınaq matçı keçirməyi də planlaşdırır.
Artıq millimizin rəqiblərindən ikisinin adı məlumdu. Bunlar “Norilski Nikel” və “Mıtişi” klublarıdı.
Üçüncü rəqibin kimliyi qarşıdakı günlərdə məlum olacaq. Hansı ki, həmin komanda da ilk iki rəqibimiz kimi, Rusiya Premyer Liqasında çıxış edir.
