3 noyabr 2011 17:03
Stamenkoviç: XL-la oyunda mütləq qalib gəlməliyik
"Neftçi" noyabrın 6-da Premyer Liqanın 12-ci turunda "Xəzər Lənkəran"la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, flaqmanın qapıçısı Saşa Stamenkoviç bu görüş haqqında fikirlərini bildirib.
Serbiyalı qolkiper klubun rəsmi saytına açıqlamasında bunları deyib: "Bilirəm ki, son oyunlarda "Xəzər Lənkəran"ı məğlub edə bilmirik. Rəqibimiz çox güclüdü. Buna baxmayaraq, ev oyunumuzda biz mütləq qalib gəlməliyik. Çünki aramızda 4 xallıq fərq var. Qələbə qazansaq, fərq minimuma enəcək. Buna görə də qələbə bizim üçün çox vacibdir. Komandada əhval ruhiyyə yüksək səviyyədədir. Son turlarda, xüsusilə də "Qarabağ"la əzmkar qələbə qazandığımız görüşdə komanda gözəl oyun nümayiş etdirdi. Bunun nəticəsi kimi, "Neftçi" hal-hazırda liderlər qrupunda qərarlaşıb".
