3 noyabr 2011 17:47
“Neftçi - XL matçını bu qədər şişirtməyə ehtiyac yoxdu”
"Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında oyunlar həmişə gərgin keçir. Yəqin ki, bu dəfə də belə olacaq". Azerisport.az xəbər verir ki, bu sözlər "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyevə məxsusdu.
Gənc futbolçu "Xəzər Lənkəran"la qarşıdan gələn oyun barədə fikirlərini klubun rəsmi saytına bildirib: "Bu oyun bizim üçün digərlərindən seçilmir. Hesab edirəm ki, "Neftçi" - "Xəzər Lənkəran" matçını bu qədər şişirtməyə ehtiyac yoxdu. İnşallah, kim güclüdürsə, o da qalib gələcək. Son iki oyunda qazandğımız qələbə bu görüşdə bizə əlavə stimul verəcək. Meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq".
