3 noyabr 2011 19:06
PFL ötən mövsümün ən yaxşılarının adlarını açıqladı
Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan çempionatının 2010/11 mövsümünün ən yaxşılarının adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, qaliblərin adları bu gün keçirilən ötən mövsümün qəhrəmanlarının mükafatlandırılması mərasimində açıqlanıb.
Onların siyahısı aşağıdakı kimidi:
Ən yaxşı qapıçı – Kamran Ağayev (Xəzər Lənkəran)
Ən yaxşı müdafiəçi – Ruslan Abışov (Neftçi)
Ən yaxşı yarımmüdafiəçi – Flavinyo (Neftçi)
Ən yaxşı hücumçu – Uinston Parks (Xəzər Lənkəran)
Ən yaxşı məşqçi – Arif Əsədov (Neftçi)
Ən yaxşı bombardir – Georgi Adamiya (Qarabağ)
Ən yaxşı qol – Elvin Yunusov (Simurq)
