4 noyabr 2011 17:55
Rəvanla Simurq yenə sülh bağladı, Bakı qisasını aldı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ənənəyə uyğun olaraq, yenə ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Rəvan" Bakıda "Simurq"la qarşılaşıb. İlk dövrədə sülhə (1:1) razılaşan tərəflərin mübarizəsi bu dəfə də qalibi müəyyənləşdirməyə imkan verməyib. Son turda məğlub olan komandaların - "Kəpəz"lə "Bakı"nın Gəncədəki matçı da maraqla gözlənilirdi. Bu görüşdə isə bakılılar ilk dövrədəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxıblar.
Premyer Liqa
12-ci tur
4 noyabr (cümə)
RƏVAN - SİMURQ - 1:1 (1:0)
Qollar: S.Barlay, 15 (1:0), A.Rubin, 72 (1:1)
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Aleksandr Musatkin, Vüsal Əliyev.
Bakı. Dalğa Arena. Saat 16:00.
Oyun başladı
5. Meydan sahibləri oyuna daha fəal başlayıblar
10. Getdikcə, "Simurq" da fəallığı artırır
15. Samuel Barlay iki müdafiəçinin arasından topu əla zərbəylə qapıya göndərir - 1:0
24. Tagim Novruzov matçda ilk sarı vərəqə alan futbolçu olur
25. Meydan sahibləri qoldan sonra da hücumlarını davam etdirir
29. Poşkusun yaxın məsafədən topu düz qapıçının üstünə vurdu
30. Rasim Ramaldanov Şerif Sumaya qarşı təhlükəli nöqtədə qaydanı pozur və sarı vərəqə alır
31. Ekrem Hodziçin uzaqdan zərbəsini qonaqların qapıçısı Adnan Hodziç tutur
33. Klaudiney Hodziçlə üz-üzə qalsa da, qapıçını da keçməsinə rəğmən, qapıya zərbə vura bilmir
34. Poşkusun uzaqdan zərbəsini Davud Kərimi qaytarır
36. Klaudiney daha bir qol epizodunu boşa verir
37. Barlayın zərbəsini qapıçı qaytarır
42. Vasili Yanatovski Tagimə qarşı çox kobud oynadığı üçün sarı vərəqə ilə cəzalanır
43. E.Hodziç Yanatovskiyə qarşı sərt şəkildə etiraza görə sarı vərəqələrdən biri ona da qismət olur
Birinci hissə başa çatdı
İkici hissə başladı
46. Şarapudin Şalbuzov kobud oyuna görə meydan sahiblərinin heyətində cəzalanan növbəti futbolçu olur
54. "Simurq"un künc zərbəsindn fərqlənmək istəyi baş tutmur
55. Şalbuzovun əvəzində meydana Sergey Çernışev çıxır
56. Ekrem Hodziç ikinci sarı vərəqə ilə meydandan qovulur
57. Sergey Yuran rəqibin azlıqda qalmasından dərhal yararlanmaq istəyir. O, Qərib İbrahimovun əvəzində meydana daha bir hücumçu - Kristap Qrebisi buraxır
59. Klaudineyin əvəzində mydana Fərid Həşimzadə çıxır
63. Yanatovski də kobud oyuna görə ikinci sarı vərəqə alır və "Simurq" da 10 nəfərlə oynamq məcburiyyətində qalır
66. Genovun cərimə zərbəsindən topu qapı qarşısına qaldırsa da, Qrebisin başla hesabı açmaq istəyinə qapıçı mane olur
70. "Simurq" daha çox hücum təşkil etdiyi halda, meydan sahibləri müdafiəyə çəkilib
72. Andrey Rubin müdafiəçilərin arxasına göndərilən uzun ötürməni qəbul edib iti bucaq altında qapıya dəqiq zərbə endirir - 1:1
78. Rubin dublunu rəsmiləşdirməyə yaxın olsa da, çox əlverişli vəziyyəti boşa verir
82. Ramazan Abbasovu Amid Hüseynov əvəzləyir
83. "Simurq"da isə D.Genovu T.Mikayılov əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+3. Rubinin əvəzində meydana Ruhid Usubov daxil olur
Matç başa çatdı
KƏPƏZ - BAKI - 1:3 (0:2)
Qollar: U.Parks, 11 (0:1), D.Çesnauski, 37 (0:2), A.Şoliç, 64 (0:3), A.Feutchine, 70 (1:3)
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
Gəncə. Şəhər stadionu.
Oyun başladı
3. "Kəpəz"in cərimə zərbəsindən fərqlənmək istəyi alınmır
4. C.Sultanov daha bir cərimə zərbəsini bu dəfə qapıdan aralı vurur
5. Meydan sahiblərinin qapısı qarşısında qarışıqlıq zamanı qonaqlar az qala hesabı açacaqdılar. Son zərbə dəqiq alınmır
7. C.Sultanova qarşı kobudluğa görə qonaqların oyunçusu sarı vərəqə alır
11. Gəncəlilər yenə cərimə zərbəsindən fərqlənmək şansını boşa verirlər
11. Şoliçin cinah ötürməsindən sonra Uinston Parks hesabı açır - 0:1
20. Qol buraxdıqdan sonra meydan sahibləri daha böyük qüvvəylə irəli atılmağa başlayıb. Amma qonaqlar inamla müdafiə olunurlar
24. Gəncəlilərin çox təhlükəli hücumu kornerlə nəticələni
25. Onların yerinə yetirdiyi iki ardıcıl kornerdən qol səsi çıxmır
30. "Kəpəz"in hücumları davam etsə də, bəhrəsizdi
32. Gəncəlilər yaxşı hücum qursa da, yenə son zərbə dəqiq alınmadı
36. Meydan sahiblərinin daha bir təhlükəli hücumu istənilən sonluqla bitmir
37. Əvəzində məhz həmin epizodun ardından əks-hücum təşkil edən bakılılar daha bir qol vururlar. Çesnauski iti bucaq altında qapıya dəqiq zərbə vurur - 0:2
45. "Kəpəz"də Anton Qay sarı vərəqə ilə cəzalanır
45+1. Meydan sahiblərinin çox təhlükəli hücumunu Parxaçov qolla tamamlaya bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Kəpəz" ikinci hissəyə iki əvəzetmə ilə başlayır
47. C.Sultanovun cərimə zərbəsini son anda Şarliya kornerə çıxarır
47. Gəncəlilər künc zərbəsi zamanı da istəklərinə çata bilmirlər
49. "Bakı" da korneri uğursuz yerinə yetirir
50. Meydan sahibləri ikinci hissəyə çox fəal başlayıblar
54. Parsın zərbəsi qapıdan aralı keçir
60. "Kəpəz" hücumlarının kəsərini artırsa da, istəyinə çata bilmir, qonaqlar isə əks-hücumlarda təhlükəli olmağa başlayıb
64. Şoliç cərimə meydançası yaxınlığından dəqiq zərbə ilə hesabı darmadağın həddinə çatıdırı - 0:3
66. Parksın əvəzində meydana Jaba çıxır. Hansı ki, bu, uzun fasilədən sonra onun əsas heyətdə ilk oyunudu
68. Novruz Məmmədov qonaqların heyətində sarı vərəqə alan futbolçu olur
70. "Kəpəz" buraxılan qollardan birinin əvəzini çıxır - 1:3
79. Gəncəlilərin növbəti qol vurmaq istəyi baş tutmadı
83. "Kəpəz"in yenə bəxti gətirmir
84. "Bakı"da Cəmşid Məhərrəmovu Aleksey Savinov əvəzləyir
85. Gəncəlilərin heyətində son dəyişiklik: Zaur Əsədov meydana daxil olur
89. Savinov sarı vərəqə ilə cəzalanır
Matç başa çatdı
Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək: 5 noyabr - Qarabağ - Sumqayıt Şəhər, AZAL - Qəbələ; 6 noyabr - Turan – İnter, Neftçi - Xəzər Lənkəran.
|
1
|
Xəzər Lənkəran
|
11
|
8
|
2
|
1
|
17-7
|
26
|
|
2
|
Neftçi
|
11
|
7
|
1
|
3
|
16-9
|
22
|
|
3
|
İnter
|
11
|
6
|
3
|
2
|
10-7
|
21
|
|
4
|
Qarabağ
|
11
|
6
|
2
|
3
|
15-10
|
20
|
|
5
|
Bakı
|
12
|
5
|
4
|
3
|
15-11
|
19
|
|
6
|
Qəbələ
|
11
|
4
|
3
|
4
|
12-13
|
15
|
|
7
|
Rəvan
|
12
|
3
|
5
|
4
|
15-16
|
14
|
|
8
|
Simurq
|
12
|
3
|
3
|
6
|
10-13
|
12
|
|
9
|
Kəpəz
|
12
|
3
|
3
|
6
|
16-20
|
12
|
|
10
|
Turan
|
11
|
3
|
1
|
7
|
8-14
|
10
|
|
11
|
AZAL
|
11
|
2
|
4
|
5
|
12-16
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
11
|
1
|
3
|
7
|
5-15
|
6
|
Bombardirlər:
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Bahodir Nasimov (Neftçi).
