3 noyabr 2011 22:37
Ötən mövsümün ən yaxşı hakimləri mükafatlandırıldı
2010-2011 mövsümünün ən yaxşı hakimləri mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, onların adları bu gün Bakı Biznes Mərkəzində keçirilən mərasimdə açıqlanıb.
Peşəkar Futbol Liqası 2010-2011 mövsümündə Premyer Liqada fit çalmış üç hakimə mükafat təqdim edib. Bunlar FİFA referiləri - Fariz Yusifov, Elçin Məmmədov (futzal üzrə FİFA referisi) və Vüsal Əliyevdi.
