3 noyabr 2011 11:28
Elvin Əliyev: Bizə öz strategiyamızı dəyişmək lazımdı
“Bakı”nın kapitanı Elvin Əliyev Premyer Liqanın qarşıdan gələn “Kəpəz”lə oyun öncəsi fikirlərini açıqlayıb, komandasının çıxışını dəyərləndirib.
- “Bakı”nın birinci dövrədəki çıxışını necə qiymətləndirirsiz?
- Normal nəticədi. Amma biz komandadan daha çox şey gözləyirik. Rəhbərlik sadəcə birinci altılığa düşməklə kifayətlənməyimizi istəmir. Biz həm də liderlər qrupunda olmalıyıq.
- Son turda “Bakı” “Qarabağ”a məğlub oldu. Buna nə səbəb oldu?
- Məğlubiyyətin səbəbini açıqlaya bilmərəm. Hesab edirəm ki, normal oynadıq. Nə qədər qol epizodu yaratdıq, amma sadəcə bir qol vurduq. “Qarabağ” isə çox şans əldə etməməsinə rəğmən, iki dəfə fərqləndi və qələbə qazandı.

- Növbəti turda da Gəncədə “Kəpəz”lə qarşılaşırsız...
- Bu komandayla öz haqq-hesabımız var. Onlar bizi Bakıda 3:0 hesabıyla məğlub etmişdilər. Bu, bizim üçün çox böyük zərbəydi. İndi isə revanş almaq şansımız var. Gərgin oyun olacaq. Çünki son turda da “Qarabağ”a uduzmuşuq, yenə eyni uğursuzluğu yaşamaq olmaz.
- Psixoloji üstünlük rəqibin tərəfində olacaq?
- Xeyr. Biz Gəncə duelinə hazırıq. “Qarabağ”a məğlubiyyət bizi ciddi düşündürdü. “Kəpəz” hazırda güclü komandadı. Bilirsiz, biz onlara niyə elə uduzduq? Çünki Mehman Allahverdiyev komandaya futbolçu çağırarkən, onları adlarına görə seçməyib.

- “Bakı”nın ən problemli yeri hücumdu. Razısız?
- Ümid edirəm ki, Jabanın qayıdışından sonra bu problem də ikinci plana keçəcək. Ondan qollar gözləyirik. Parksla Verpakovski də ümidləri doğrultmalıdı. Onlar onsuz da yaxşı oynayırlar. Əgər biz ilk dövrədə ələ düşən imkanlarımızın yarısından yararlansaydıq, indi “Xəzər Lənkəran”ın yerindəydik.

- Siz bunu ciddi deyirsiz?
- Bəli, “Bakı” baxımlı futbol oynayır. Amma nəticəni unudur. Azərbayca çempionatında da əksər komandalara nəticə lazımdı. Bizə öz strategiyamızı dəyişmək lazımdı. Ötən mövsümkü aqibəti yaşamamalıyıq.