4 noyabr 2011 01:06
Qurban Qurbanov: Ən yaxşı məşqçilər arasında olmamağım normaldı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən mövsümün ən yaxşı məşqçiləri sırasında yer almamasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində bunları dilə gətirib:
“Azərbaycanın ən yaxşı məşqçilərinin üçlüyündə olmamağım normaldı. Əsədov komandasına çempionluq titulunu qazandırdı. Rednik də komandası üçün gümüş medalları, kuboku təmin etdi. Süleymanova gəlincə, onun əlində xüsusi “material” olmadığı halda, komandasına dördüncülüyü qazandırdı”.

Qeyd edək ki, ötən mövsümün ən yaxşı məşqçisi “Neftçi”ni çempion edən Arif Əsədov seçildi. “Xəzər Lənkəran”ın və AZAL-ın baş məşqçiləri Mirça Rednik Nazim Süleymanov isə müvafiq olaraq ikinci və üçüncü olublar. Qurbanov isə sadəcə avrokuboklardakı uğurlara görə, xüsusi mükafata layiq görülüb.